İspaniyanın elita klublarından olan "Las Palmas"ın kapitanı Kirian Rodriges yenidən xərçəng xəstəliyinə tutulub.
Fanat.Az xəbər verir ki, 3 il əvvəl də eyni problemlə üzləşən yarımmüdafiəçi 8 ay müalicə alandan sonra komandasının sıralarına dönmüşdü.
Vəziyyəti açıqlayan 28 yaşlı futbolçu qarşıdakı görüşlərdə iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, Rodriges bu mövsüm La Liqada 21 matça çıxaraq 3 məhsuldar ötürmə ilə yadda qalıb.