EN

Marselo futbolla vidalaşdı

Braziliya millisinin və "Real"ın sabiq futbolçusu Marselo karyerasını başa vurub.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, 36 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, son klubu olan "Fluminense"dən ötən ilin noyabrında ayrılmışdı.

2007-2022-ci illərdə "Real"da oynayan Marselo 6 dəfə La Liqanın, 2 dəfə İspaniya Kubokunun, 5 dəfə Superkubokun, 5 dəfə UEFA Çempionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun qalibi olub.

2006-2018-ci illərdə Braziliya millisində çıxış edən futbolçu 58 oyunda 6 qol vurub.

"Fluminense"nin yetirməsi olan Marselo "Olimpiakos"da (2022-2023) da oynayıb.


Chosen
22
2
news24.az

3Sources