EN

Qızıl yarışında liderlər - 2024-cü ildə hansı ölkə daha çox aldı?

Dünya Qızıl Şurasının 2024-cü il hesabatına görə, qlobal mərkəzi banklar qızıl ehtiyatlarını artırmaqda davam ediblər. İqtisadi qeyri-müəyyənliklər və inflyasiya riskləri fonunda qızılın strateji əhəmiyyəti daha da yüksəlib.

"Qızılın taxt-tacı" - ABŞ-Çin gərginliyi qiymətləri rekorda çatdırdı

FED.az xəbər verir ki, Azərbaycan da qızıl ehtiyatlarını əhəmiyyətli dərəcədə artıran ölkələr sırasındadır və 10 ölkə arasında 5-ci yerdə qərarlaşıb. 2024-cü ildə ölkəmiz 25 ton qızıl alaraq ehtiyatlarını gücləndirib. Bu addım Azərbaycanın maliyyə dayanıqlılığını artırmaq və milli valyutanı qorumaq istiqamətində strateji addım kimi qiymətləndirilir.

Məlumat üçün bildirək ki, 2024-cü ildə Polşa 90 ton qızıl alaraq ən böyük qızıl alıcısı olub. 

2024-cü ildə ən çox qızıl alan 10 ölkə və onların alış miqdarı aşağıdakı kimi olub:

  1. Polşa – 90 ton
  2. Türkiyə – 75 ton
  3. Hindistan – 73 ton
  4. Çin – 44 ton
  5. Azərbaycan – 25 ton
  6. Çexiya – 20 ton
  7. İraq – 20 ton
  8. Macarıstan – 16 ton
  9. Gana və Özbəkistan – 11 ton
  10. Qətər – 10 ton

Mütəxəssislər hesab edirlər ki, qızıl ehtiyatlarının artırılması Azərbaycan üçün mühüm maliyyə təhlükəsizliyi təmin edir. Bu tendensiyanın gələcək illərdə də davam edəcəyi gözlənilir.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. 

Chosen
8
fed.az

1Sources