EN

Azərbaycanda araq və pivə istehsalı artıb

Bakı. Trend:

Ötən il Azərbaycanda araq istehsalı 1,6 milyon dekalitr təşkiledib.

Trend-inDövlət Statistika Komitəsinə istinadən verdiyi məlumatına görə, bu,ötən ilin eyni dövrü ilə müqayisədə 237,5 min dekalitr və ya 16,7%çoxdur.

Yanvarın 1-nə olan məlumata görə, araq istehsalında ölkədə hazırməhsul ehtiyatı 164,7 min dekalitr təşkil edib.

2024-cü il ərzində Azərbaycanda pivə istehsalı isə 5,3 milyondekalitr olub. Bu, bir il əvvələ nisbətən 55,4 min dekalitr və 1,1%çoxdur.

Bu ilin yanvarın 1-nə olan məlumata görə, pivə istehsalındaAzərbaycanda hazır məhsul ehtiyatı 317,8 min dekalitr təşkiledib.

Chosen
20
1
az.trend.az

2Sources