EN

TürkiyÉ™nin Sinop Universitetinin rektoru LÉ™nkÉ™randa

Türkiyə Respublikası Sinop Universitetinin rektoru prof. dr. Şakir Taşdemirin rəhbərlik etdiyi nümayəndə heyəti 06.02.2025-ci il tarixdə Lənkəran Dövlət Universitetində olub. Modern.az-ın məlumatına görə, qonaqları LDU-nun rektoru, prof. Natiq İbrahimov qəbul edib. Dostluq və işgüzarlıq şəraitində keçən söhbət zamanı rektor Natiq İbrahimov türkiyəli qonaqlara Lənkəran Dövlət Universiteti, bu ali təhsil ocağında son illərdə aparılan yenilənmələr, görülən işlər, genişlənən beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib. Tərəflər müasir dünyada ali təhsilin məqsəd və vəzifələri, problemləri, perspektivləri, qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi ediblər.

GörüşdÉ™ LÉ™nkÉ™ran DövlÉ™t Universiteti ilÉ™ Sinop Universiteti arasında ikili É™mÉ™kdaÅŸlıq  müqavilÉ™si imzalanıb. MüqavilÉ™lÉ™rdÉ™ ikili É™mÉ™kdaÅŸlıqların güclÉ™ndirilmÉ™si, birgÉ™ elmi konfransların təşkili, tÉ™lÉ™bÉ™-müəllim mübadilÉ™si, ikili diplom layihÉ™sinin hÉ™yata keçirilmÉ™si üçün müvafiq iÅŸlÉ™rin görülmÉ™si, tÉ™lÉ™bÉ™-müəllim heyÉ™tinin hÉ™rÉ™kÉ™tliliyinin artırılması vÉ™ s. mÉ™sÉ™lÉ™lÉ™r É™ksini tapıb.

Səmimilik şəraitində keçən görüşdə tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Türkiyəli qonaqlara Lənkəran Dövlət Universiteti ilə əyani tanışlıq imkanı yaradılıb. Sinop Universitetinin rektoru, prof. dr. Şakir Taşdemir və onu LDU-ya səfərində müşayət edən nümayəndə heyəti Lənkəran Dövlət Universitetinin tədris korpuslarını gəzib, imtahanların gedişi ilə əyani tanış olub. LDU ilə tanışlıq türkiyəli qonaqlarda xoş təəssürat yaradıb.

Chosen
18
2
modern.az

3Sources