EN

Beyin qocalmasının qarşısını alır: Yüksək qan təzyiqini tənzimləyir

Beyin qocalmasının qarşısını alır:

Çuğundur sağlamlıq üçün çox faydalı tərəvəzlərdən biridir. Xüsusilə çuğundur suyu beynin qocalmasının qarşısını almağa və yüksək qan təzyiqini tənzimləməyə kömək edə bilər.

Emlakbazari.az

E-saglam.az bildirir ki, Wake Forest Universitetinin apardığı araşdırmaya görə, məşqdən əvvəl çuğundur suyu içmək beyin fəaliyyətini gücləndirir. Çuğundur suyunda olan nitratlar beyinə oksigen axınını artıraraq yaddaşı və motor funksiyalarını dəstəkləyir.

Araşdırmada iştirak edən hipertoniya xəstələri çuğundur suyu qəbul etdikdən sonra daha yaxşı beyin əlaqəsinə malik olmuşlar. Çuğundurda bol olan nitratlar orqanizmdə azot oksidinə çevrilərək qan damarlarını genişləndirir.

Bu, qan təzyiqini aşağı salmağa və qan dövranını yaxşılaşdırmağa kömək edir. İdmanla birlikdə çuğundur suyunun istehlakı beyinə oksigen çatdırılmasını daha da artırır.

Mütəxəssislər çuğundurun məşq performansını və dözümlülüyü yaxşılaşdırdığını da vurğulayırlar. Gündəlik rasiona çuğundur suyu əlavə etmək sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər.

Xüsusilə, hipertoniya xəstələri və yaşlı şəxslər üçün çuğundur suyu dəyərli bir dəstək ola bilər. Bununla yanaşı, balanslı qidalanma və müntəzəm fiziki fəaliyyət sağlamlığın qorunmasına kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Chosen
16
30
e-saglam.az

10Sources