EN

Türkiyə və ətrafında 107 min zəlzələ baş verib: Son iki ildə

Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) 2023-cü il fevralın 6-dan bu yana Türkiyə və onun ətrafında 107 min 439 zəlzələnin baş verdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, 2023-cü il fevralın 6-da ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündəki dəhşətli zəlzələlərdən iki il ötür. Bununla bağlı AFAD o tarixdən bu günə qədər olan zəlzələ məlumatlarını paylaşıb:

“2023-cü il fevralın 6-dan bu yana ölkəmizdə və yaxın ətraflarında 107 min 439 zəlzələ baş verib. AFAD Zəlzələ İzləmə və Qiymətləndirmə Mərkəzi tərəfindən qiymətləndirilən bu zəlzələlərin 73 min 402-si Kahramanmaraş bölgəsində 4 ballıq zəlzələdən sonra meydana gələn kiçik zəlzələlərdir”.

Chosen
24
publika.az

1Sources