EN

İsrail Qəzzanı ABŞ-a təhvil verəcək - Tramp

Bakı, TurkicWorld

Donald Tramp, Qəzza ilə bağlı son açıqlamalarında , bu dəfə də İsrailin Qəzzanı ABŞ-a təhvil verəcəyini iddia edib.

TurkicWorld xəbər verir ki, Tramp, İsrailin müharibədən sonra Qəzza zolağını ABŞ-a təhvil verəcəyini bildirərək, bununla bağlı öz planlarını açıqlayıb.

ABŞ prezidenti, bu planda Qəzzada beynəlxalq qurumlarla birgə tikinti işləri aparılacağını vurğulayıb.

Tramp, həmçinin sonda fələstinliləri Qəzzadan daha təhlükəsiz yerlərə yerləşdirmək planını təkrarlayaraq, bu tədbirin bölgədəki sabitliyi artıracağını iddia edib.

Chosen
62
turkic.world

1Sources