EN

Kelloq: Kiyevin nüvə silahı əldə etmək şansı sıfıra bərabərdir

ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi qeyd edib ki, bu cür silahların Ukraynaya ötürülməsi ideyası “uğursuzluğa məhkumdur”.

Turkustan.az xəbər verir ki, ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq hesab edir ki, Ukraynanın yenidən nüvə silahı əldə etmək şansları sıfıra bərabədir: "Düzünü desək, bunun baş verməyəcəyini hamımız bilirik.

Unutmayın ki, biz Trampın sağlam düşüncəli bir administrasiyasıyıq. Və kimsə belə şeylər deyəndə, nəticəyə və ya potensiala baxmaq lazımdır. Sağlam düşüncədən belə istifadə olunur"- Kelloq deyib.

Bundan əvvəl Zelenski bildirib ki, Qərb Kiyevi NATO-ya qəbul etmədiyi üçün Ukraynaya nüvə silahı verməli və öz kontingentini bu ölkəyə göndərməlidir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
57
turkustan.az

1Sources