EN

Hindistanın qırıcısı qəzaya uğradı

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Mirage 2000" qırıcısı planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb.

hakimiyyet.az ANI agentliyinə istinadla xəbər verir ki, hadisə Madhya-Pradeş ştatında baş verib.

Pilot katapult edərək sağ qalıb. Qəza yerindən yayılmış videoda təyyarənin hissələrinin yandığı, tüstü burumlarının qalxdığı görünür.

Qəzanın səbəbi araşdırılır.

Chosen
53
1
hakimiyyet.az

2Sources