EN

Ötən ay Azərbaycana gələn turistlərin sayı 170 mini ötüb

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycana səfər edən xaricivətəndaşların və vətəndaşlığı olmayan şəxslərin sayı 172 min 653nəfər olub.

Trend bubarədə Dövlət Turizm Agentliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə4% və ya 6 min 785 nəfər çoxdur. 2023-cü ilin yanvarındaAzərbaycana səfər edən xarici vətəndaşların və vətəndaşlığı olmayanşəxslərin sayı 165 min 868 nəfər olub.

Ötən ay Azərbaycana Rusiyadan 41 min 490, Türkiyədən 31 min 632,Hindistandan 17 min 73 nəfər turist gəlib.

Bununla yanaşı, yanvar ayında Azərbaycana İrandan 15 min 87,Gürcüstandan 8 min 710, Səudiyyə Ərəbistandan 6 min 193,Qazaxıstandan 5 min 540, Birləşmiş Ərəb Əmirliklərindən 5 min 476,Pakistandan 5 min 270, Küveytdən 3 min 724, Özbəkistandan 2 min978, Türkmənistandan 2 min 860, Çindən 2 min 603, Ukraynadan 2 min438, İsraildən 2 33 nəfər turist gəlib.

Məqalədə:
Chosen
32
2
az.trend.az

3Sources