EN

"Araz-Naxçıvan" "Zirə"ni məğlub edib

"Araz-Naxçıvan" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Zirə"ni məğlub edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Naxçıvan təmsilçisi rəqibini 1:0 hesabı ilə üstələyib.

Bernardo Dias 61-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Tərəflər arasındakı cavab qarşılaşması fevralın 28-də Zirə İdman Komleksinsə baş tutacaq.

Bu gün "Qarabağ" səfərdə "Səbail"lə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün "Neftçi" səfərdə "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Sabah" - "Sumqayıt" matçında isə hesab açılmayıb.

Chosen
18
6
operativmm.az

7Sources