EN

PAŞA Holding-in təşkilatçılığı ilə Azərbaycanda ilk regional “LEGIS” Hüquq Forumunda nələr müzakirə olundu?

Bakı. Trend:

5 fevral 2025-ci il tarixində PAŞA Holding və onun törəməşirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları,ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGISHüquq Forum”u uğurla başa çatdı.

Tədbirin açılış mərasimində Azərbaycan Republikasınınİqtisadiyyat Naziri Mikayıl Cabbarov, Azərbaycan RespublikasınınƏdliyyə Naziri Fərid Əhmədov, Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsininmüdiri Gündüz Kərimov, Azərbaycan Respublikasının Baş prokuroruKamran Əliyev, Azərbaycan Respublikasın Milli Məclisinin Hüquqsiyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, PAŞAHolding-in Baş icraçı direktoru Cəlal Qasımov, eləcə də PAŞAHolding-in Qrup üzrə Hüquq və Komplayens Departamentinin direktoruAytac Qasımova çıxış ediblər.
PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov çıxışındaforumun əhəmiyyətini yüksək dəyərləndirib. "Ölkəmizdə ilk dəfəolaraq hüquq mövzusunda belə miqyasda forum keçirilir və bizim üçünbu forumun təşəbbüskarı və təşkilatçısı qismində çıxış eləmək həmçox sevindirici, həm də çox qürurverici haldır." - Cəlal Qasımovbildirib.

“İqtisadiyyatın şaxələndirilməsi üçün bu sahədə hüquq sisteminininkişafı, həmçinin dövlət və özəl sektor arasında qarşılıqlıetimadın daha da gücləndirilməsi vacibdir. Biznes fəaliyyətininstimullaşdırılması, dövlət müəssisələrinin səmərəli idarə olunması,dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi iqtisadi sferadaprioritet istiqamətlərdəndir. İqtisadiyyatın ayrı-ayrı sahələriinkişaf etdikcə hüquq-mühakimə sisteminin də qarşısında yeniçağırışlar yaranır. LEGIS Hüquq Forumu qanunvericiliyintəkmilləşdirilməsi sahəsində təkliflərin dəyərləndirilməsi üçünəhəmiyyətli platformadır” - Azərbaycan Republikasının İqtisadiyyatNaziri Mikayıl Cabbarov qeyd edib.

“Dövlət və özəl sektor arasında təmasın olması zəruridir. Butəmas, təbii ki, hakimiyyətin hər üç qolunu əhatə etməlidir.Düşünürəm bu forum bu məqsədə əhəmiyyətli dərəcədə xidmətgöstərəcək.” - Azərbaycan Respublikasının Ədliyyə Naziri FəridƏhmədov bildirib.

“Özəl Sektorda fəaliyyət göstərən şirkətlər bəzən baş verənqanunsuzluqlarla bağlı Baş Prokurorluğa müraciət etmək istəmirlər”.Bunu Baş Prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumdadeyib. O bildirib ki, lakin müasir Baş Prokurorluq onlarınmüdafiəçisi qismindədir:
“Prokurorluq qanunların dəqiq və dürüst icra olunmasına nəzarətedən qurumdur. Biz özəl sektorla bağlı müraciətlərlə açıq aydıncinayət əməli olmayanda digər dövlət qurumlarına yönəldilir. Bizaçıq aşkar çalışırıq ki, özəl sektorun fəaliyyətinə heç birmüdaxilə edilməsin, zərurət olmadığı halda qarışılmasın”.

Bundan əlavə, tədbir çərçivəsində hüquq sahəsinin aktualməsələlərinə həsr olunmuş bir neçə mühüm panel müzakirələrikeçirildi.

Dövlət və özəl sektor əməkdaşlığı panel müzakirə sessiyasıhüquqi çərçivələrin gücləndirilməsi və innovasiyaların təşviqiistiqamətində tərəfdaşlıqların rolunu araşdırdı. PAŞA Bank-ninHüquqi Məsələlər Şöbəsinin rəhbəri İlham Hüseynov panelinmoderatoru kimi dövlət, özəl, akademik və vəkillik sahəsindəçalışan hüquqşünasları salamladı və qeyd etdi ki, hüquqşünaslarınbirləşdiyi bu dörd icma arasında dialoq çox vacib və önəmlidir vəhüquqşünasların dövlət və özəl dialoqunda yaxından iştirak etdiyiüçün onların arasında olan dialoqun keyfiyyəti dövlət və özəldialoquna da təsir edir və hüquqşünaslar bu dialoqu təmin edərkəndaha çox həll yönümlü davranmalıdırlar.
Eyni zamanda paneldə spiker kimi çıxış edən İqtisadiyyat nazirininbirinci müavini Elnur Əliyev dövlət-özəl sektor əməkdaşlığınınəhəmiyyətini vurğulayaraq, bu tərəfdaşlığın ölkənin iqtisadiinkişafında mühüm rol oynadığını qeyd edib. O, dövlət və özəlsektorun birgə fəaliyyətinin sosial əhəmiyyətli problemlərinhəllində və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafındaəhəmiyyətli olduğunu bildirib.
Həmin paneldə çıxış edən Baş prokurorun müavini Heydər Məmmədovbildirib ki, prokurorluq orqanlarında aparılan sistematik təhlillərnəticəsində bütün sahələrdə, o cümlədən özəl sektorda baş verənhüquqpozmalar və korrupsiyaya şərait yaradan hallar müəyyənedilir.
"Onların qarşısının alınması və gələcəkdə törədilməməsi məqsədilə,habelə qanun pozuntularından çəkindirmək üçün həmin qurumlara vəaidiyyəti dövlət təsisatlarına prokuror təsir aktı olan müvafiqTəqdimatlar, Xəbərdarlıqlıqlardan geniş şəkildə istifadəolunur"-deyə Baş prokurorun müavini əlavə edib.
"Təhlil edilmiş son iki ilin statistik göstəricilərinə görəaidiyyəti qurumlara 194 Təqdimat göndərilib, 80 halda isəXəbərdarlıq elan edilib" - deyə Heydər Məmmədov vurğulayıb.
Həmçinin, paneldə çıxış edən Antiinhisar və İstehlak BazarınaNəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli dövlət və özəltərəfdaşlığına Rəqabət Məcəlləsinin təsiri və sağlam rəqabətmühitinin formalaşdırılması barədə, BP Azərbaycan şirkətininVitse-Prezidenti Bəxtiyar Aslanbəyli xarici investor kimi dövlət vəözəl tərəfdaşlığının BP təcrübələri barədə, Deloitte Azərbaycanşirkətinin Vergi və Hüquq üzrə Partnyoru Nuran Kərimov isə həm özəlvə dövlət sektorunun qarşılıqlı dialoqda gözləntiləri barədə,Covid19 və Vətən Müharibəsi dönəmində dövlət və özəl sektorun sıxəməkdaşlığı kimi mühüm mövzulara toxundular.

Digər mühüm sessiya olan Arbitraj Panelində müasir hüquqsistemlərində arbitrajın inkişaf edən roluna, arbitrajın müasirhüquq sistemlərində artan əhəmiyyətinə və Azərbaycanda bu sahənininkişaf perspektivlərinə həsr olundu. Azərbaycan ArbitrajAssosiasiyasının sədri Kəmalə Mehdiyevanın moderatorluğu iləkeçirilən paneldə Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının Qanunvericilik və Hüquq Siyasəti ŞöbəsininQanunvericiliyin İnkişafı Sektorunun müdiri Araz Poladov,İsveçrənin “Patocchi & Marzolini” Hüquq Firmasının təsisçipartnyoru Paolo Marzolini, İsveçrənin “Peter & Kim” HüquqFirmasının partnyoru və professor Hüqo Barbier, eləcə də SOCAR-ınKorporativ Hüquq Departamentinin rəhbəri Nurlan Mustafayev çıxışetdilər. Paneldə arbitrajın səmərəli mübahisə həlli mexanizmi kimiəhəmiyyəti vurğulandı və onun Azərbaycanın hüquqi mühitində dahageniş tətbiqi imkanları müzakirə edildi.

Bununla yanaşı, Rəqəmsal Ekosistem paneli maraqlı müzakirələrilə yadda qaldı. Texnologiya hüququ sahəsindəki aktual məsələlərintəhlili sessiyasında hüquq və innovasiyanın kəsişmə nöqtələriaraşdırıldı. “Kapital Bank”-nin Hüquq Departamentinin direktoruƏləkbər İsmayılzadənin moderatorluğu ilə baş tutan müzakirədəAzərbaycan Respublikası Prezidentinin Administrasiyasının HüquqMühafizə Orqanları ilə İş Şöbəsinin Hüquqi Xidmətlərin GöstərilməsiMəsələləri Sektorunun müdiri Vüsal İsayev, Dövlət Vergi Xidmətininrəisinin müşaviri Fərid İsayev, “Competo”-nin Hüquq Departamentinindirektoru Həbib Teymurov, Trendyol Qrup Azərbaycan şirkətinin HüquqDepartamentinin rəhbəri Funda Tüfekçi və “PashaPay”-in HüquqDepartamentinin direktoru Arif Mehdiyev fikirlərini bölüşdülər.Paneldə ecosistem funksiallığı və vacibliyi, süni intellektintətbiqi, hüquqi risklər və dövlət tənzimlənməsi müzakirə olundu.Bundan əlavə, spikerlar texnoloji inkişafı, innovasiyalarıdəstəkləyən vergi təşviq mexanizmləri, vergi islahatlarınınplanlamasında ekosistem strategiyasının faydalı aspektləri, eləcədə rəqamsal ekosistemdə hüquqşunasın və hüquq departamentin mövcudvə gələcək rolu barədə fikirlərini səsləndirdilər.
«Rəqəmsal ekosistemin əsas məqsədi müştəri məmnuniyyətidir.Halbuki, innovasiyalar, xüsusən də suni intellekt hüquqşunazlarınöz işini səmərəli görməsində yeni resurs olduğu⁠ üçün bəzəntənzimləyici orqanlarənın həddən artıq konservativ yanaşmaları,rəgəmsal biznesin inkişafı ⁠üçün çətinliklər yaradır”- “KapitalBank”in hüquq departamentinin direktoru Ələkbər İsmayılzadəvurğuladi. Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsininHüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsalİsayev çıxışı zamanı " Süni intellekt texnoloqiyalarının tətbiqiilə bağlı bir sıra hüquqi məsələlərin həllinin zəruri olduğuvurğulamaq istəyirəm. O cümlədən növbəti illərdə bu sahədəinkişafın təmin edilməsi üçün hazırda ayrıca süni intellektstrategiyası hazırlanır" deyə qeyd etdi.

“Təşviq mexanizmlərinin formalaşdırılmasında dövlət və özəlsektorların effektiv qarşılıqlı fəaliyyəti vacib amildir. Buxüsusda, texnoloji sahələrin gələcək inkişafının vergi alətlərivasitəsilə dəstəklənməsi üçün sahibkarlıq subyektlərinintəkliflərinə və dialoqa açıq olduğumuzu bir daha ifadə etməkistəyirəm” - Dövlət Vergi Xidmətinin rəisinin müşaviri Fərid İsayevbildirib.

Panel müzakirələri ilə yanaşı, tədbir çərçivəsində Avropa İnsanHüquqları Məhkəməsinin hakimi Lətif Hüseynovun çıxışı da baş tutdu.O, insan hüquqları sahəsində aktual məsələlərə dair dəyərlifikirlərini bölüşərək, insan hüquqlarının müasir hüquq sistemindəkirolu və inkişaf tendensiyaları haqqında vacib məqamları diqqətəçatdırdı.

Tədbirin ən maraqlı məqamlarından biri isə dünyaca məşhurhumanoid robot Sofiyanın iştirakı ilə baş tutan interaktiv müsahibəoldu. PAŞA Həyat Sığorta-nin Hüquq departamentinin direktoru SabuhiGöyüşovun moderatorluğu ilə keçirilən bu sessiyada innovasiya vəqanunvericilik sahəsindəki son trendlər müzakirə edildi. Süniintellekt və hüququn kəsişmə nöqtələrinə toxunan bu dialoq,rəqəmsal dövrdə hüquqi tənzimləmə mexanizmlərinin necə dəyişdiyinivə gələcəkdə bu sahədə hansı çağırışların gözlənildiyiniaydınlatdı.

PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
Məqalədə:
Chosen
3
3
az.trend.az

4Sources