EN

Rəşad Sadıqov: "Summa bizimlədir"

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Araz-Naxçıvan" - "Zirə" matçından (1:0) sonra qonaqların baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

"Kubok oyununa uyğun oyun keçdi. Çox qol epizodlarından danışa bilmərik. Hər iki komanda mübarizə apardı. Küləkli hava da futbolçulara mane olurdu. Ona görə də baxımlı futbolun şahidi olmadıq. Kubok oyunları bu şəraitdə keçir. Penaltidən qol buraxdıq. Başqa qol epizodu xatırlamıram. Biz də epizodlara girə bilmədik".

- Cavab oyununda şanslar necə olacaq?

- Təbii olaraq, ilk oyundan sonra rəqib öndədir. Biz də udsaydıq, ikicni matçda eyni ssenari olacaq. "Araz-Naxçıvan" çox az qol buraxır. Etibarlı müdafiə olunmağöı bacarır. Ola bilər ki, işimiz əziyyətli olsun. Çalışacağıq ki, evdək matçda nəticə əldə edək, mərhələ adalyaq. Qalib gəlmək istəyirik. Sıx qrafikdə oynayırıq. Cavab oyunundan sonra Tovuzda oynayacağıq. Cavab matçına çox qüvvə sərf edəcəyik.

- Salifu Summaya təkliflər var. Komandadan gedəcək?

- Təkliflər var. Tək Salifuya yox, bir neçə futbolçumuza. Rəsmi də var, olmayan da, maraqlananlar da. Hansı klubdu açıqlamayacam. Amma rəsmi təklif də var. Biz də Salifu ilə söhbət etdik, müqaviləni artırdıq. Onun və bizi xeyrimizə olan qərar qəbul etdik. Hər zaman təklifə açıqdı klubumuz. Vacib olan odur ki, bizdən gedən oyunçu irəli getsin, inkişaf etsin. Təkliflər futbolun bir hissəsidir. Summa bizimlədir, yenə də ciddi təklif olar, götür-qoy edərik, həm bizim, həm də özü üçün uyğun qərarı verərik. Amma bugünkü gün Summa ilə müqavilə müddətini artırmışıq.

Millimiz yenə Belarusa məğlub oldu

"Qarabağ"ın Kvabenası Azərbaycana qayıdır? - ÖZƏL

“MKT-Araz” əfsanəsi qayıdır: Premyer Liqaya yeni namizəd “İmişli”

Kadinin imzalı formaları satışda

Kadi az qala "Qarabağ"a gəlməyinə peşmandır: Braziliyalıdan maraqlı açıqlama

Chosen
63
2
apasport.az

10Sources