"Meta" şirkətinin sahibi Mark Zukerberqin sərvəti bu il 40 milyard dollardan çox artıb.
Valyuta.az xəbər verir ki, "Meta" səhmlərinin ardıcıl 12-ci ticarət sessiyasını da yüksəlişlə tamamlaması fonunda şirkətin bazar dəyəri 1,78 trilyon dollara çatıb.
Bunun nəticəsində Mark Zukerberqin xalis sərvəti 40,7 milyard dollar artaraq 248 milyard dollara yüksəlib.
Zukerberq hazırda Bloomberg Milyarderlər İndeksində "Amazon"un qurucusu Ceff Bezosdan cəmi 12 milyard dollar geri qalaraq üçüncü yerdə qərarlaşıb.
Paşa Məmmədli