ABŞ-nin Viskonsin ştatında bir qadın toy məkanına görə gələcək qayınanası ilə mübahisə etdikdən sonra nişanlısını boynundan bıçaqlayıb.
Gundem.az xarici mətbuata istinadla xəbər verir ki, 22 yaşlı Keyli Brantner adlı qadın səhər nişanlısın evində oyandıqda oğlanın anası ilə mesajlaşmasını görüb və bu, cütlüyün evini toy məkanı kimi istifadə etmək barədə mübahisəyə səbəb olub. Daha sonra Brantner nişanlısı ilə dava edib və ona hücum edib.
İstintaq materiallarına görə qadın nişanlısını əvvəlcə itələyib, daha sonra mətbəxə keçərək bıçaq götürüb. O, silahla kişinin ardınca zirzəmiyə düşüb və bir neçə dəfə ona hücum edib. Nişanlısının boğazından iki dəfə vurulan kişi yerə yıxılıb və boynundan qan axmağa başlayıb.
Hadisə yerinə gələn polis əməkdaşları zərərçəkmişi qanlı dəsmalla boynunu tutmuş vəziyyətdə tapıb, Brantner isə divanda tək oturub və dəsmalı nişanlısına verdiyini bildirib.
Qadın özünü müdafiə etdiyini iddia etsə də, polis mətbəxdən qanlı bıçaq aşkarlayıb. O, ağır bədən xəsarəti yetirmək ittihamı ilə məhkəmə qarşısına çıxacaq və fevralın 13-də növbəti məhkəmə iclası keçiriləcək.
Məqaləyə dair fotomateriallar: