EN

Daha bir təyyarə qəzası, ölənlər var - FOTO

Rusiyanın Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin nəqliyyat nazirliyi məlumat yayıb.

Bildirilib ki, Moskva vilayətində Myaçkovo aerodromunun yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində iki nəfər ölüb.

Hadisənin başvermə şəraiti və səbəbləri hələlik məlum deyil.




Bizim.Media

Chosen
75
1
bizim.media

10Sources