Yunanıstan parlamenti səsvermənin üçüncü turunda da ölkə prezidentini seçə bilməyib, namizədlərdən heç biri deputatların ümumi səsinin zəruru olan 3/5 hissəsini (300-dən 180-ni) toplaya bilməyib, dördüncü tur fevralın 12-də keçiriləcək.
Bu barədə parlament sədri Nikitas Kaklamanis məlumat verib.
\"Heç bir namizəd seçilmək üçün tələb olunan səsi toplaya bilməyib. Respublika prezidentinin seçilməsi üzrə növbəti səsvermə beş gündən sonra, yəni fevralın 12-si saat 10:00-da keçiriləcək\", - o bildirib.
Baş nazir Kiriakos Mitsotakis tərəfindən dövlət başçısı vəzifəsinə irəli sürülən parlamentin keçmiş spikeri, hakim \"Yeni Demokratiya\" Partiyasının üzvü Konstantinos Tasulas ilk iki turda olduğu kimi 160 səs, PASOK-dan olan namizəd Tasos Yannitsis 34 səs, SİRİZA-dan olan Luka Katseli 40 səs, \"Niki\" (\"Qələbə\") Partiyasından yazıçı Kostas Kiriaku isə 14 səs toplayıb. Namizədlər ilk iki turda da eyni sayda səs toplamışdılar.