Elhad Nəzirinin istefa qərarı bu təyinatı şərtləndirdi. Hazırda turnir cədvəlinin ortalarında qərarlaşan “Cəbrayıl”ın taleyi maraq doğurur. Görəsən, bu mövsüm üçün hədəf nədi? Komanda 1-ci liqada yerini qoruya biləcəkmi? Bu sualları yeni baş məşqçiyə ünvanladıq:
“Mənim üçün hədəflər və məqsədlər haqda danışmaq tezdi. Komanda mənim rəhbərliyim altında yeni formalaşır. Məşqlərimiz davam edir. Məşqlərə əsasən heyət qurmağa çalışırıq. Təbii ki, 1-ci liqada yerimizi qorumağa çalışacağıq. Mən komandaya inanıram. Futbolçularımız gənc və perspektivlidi. Yüksək enerji və yaxşı əhval-ruhiyyə ilə məşq edirlər, tapşırıqları yerinə yetirirlər”.
ƏSƏD SEYİDOV