EN

Neftçalanın icra başçısı səyyar görüş keçirdi – Fotolar

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Aşağı Surra kənd sakinləri ilə səyyar görüş keçirib.  

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda RİH-in məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Aşağı Surra kənd ərazi dairəsi üzrə nümayəndəsi çıxış edərək Aşağı Surra kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxış edənlər “Mehriban Əliyevanın fəaliyyəti milli və mədəni, eyni zamanda bəşəri dəyərlərə sadiqlik nümunəsidir” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar.

Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva müxtəlif sahələrdə mühüm fəaliyyətlər göstərib. Onun fəaliyyətinin əsas istiqamətləri milli və mədəni dəyərlərin qorunması və inkişaf etdirilməsi, eyni zamanda bəşəri dəyərlərə sadiqliyi əks etdirir.

Bundan əlavə Heydər Əliyev Fondu təhsil, səhiyyə, humanitar və sosial sahələrdə müxtəlif layihələr həyata keçirib. Fond, həmçinin, tarixi abidələrin bərpası və mədəni irsin qorunması işlərinə də böyük diqqət yetirir. Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. RİH başçısı Heydər Əliyev Fondunun dəstəyilə rayonumuzda inşa olunan Xıllı qəsəbə 1 saylı və Bankə qəsəbəsindəki tam orta məktəblərinin, həmçinin ölkə ərazisində tikilən məktəblər haqqında danışıb.

Səyyar qəbul zamanı vətəndaşlar özünəməşğulluq proqramına qoşulma, kənddaxili yolun təmiri, suvarma kanalının lildən təmizlənməsi və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaşlar Neftçala RİH ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.




Chosen
10
3
editor.az

10Sources