Prezident İlham Əliyevin pensiyaların indeksləşdirilməsi ilə bağlı verdiyi sərəncam insanlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində atılan növbəti mühüm addımdır.
Viral.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycanda həyata keçirilən sosial islahatlar davamlı xarakter daşıyır və dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Son Yazılar:
- İlham Əliyevin siyasətinin mərkəzində hər zaman vətəndaş rifahının təminatı dayanır
- Emin Əmrullayev “Kenquru”ya ödənilən puldan DANIŞDI
- Türkiyə Prezidenti Azərbaycan səfirinə mükafat verdi
“Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman vətəndaş rifahının təminatı dayanır və dövlət başçısının imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam da dövlətin sosial siyasətinin daha bir bariz nümunəsidir. Bu sərəncam 1,1 milyon pensiyaçının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək. Ölkəmizdə həyata keçirilən sosial islahatların prioritet istiqamətlərindən biri də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır.
Bu sərəncam da sosial islahatların davamıdır və pensiyaların artımını təmin edəcək. Belə ki, sərəncamla 2025-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2024-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə artırılacaq və artımlar bu ilin 1 yanvar tarixindən tətbiq olunacaq. Bu artımlar üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb”, – deyə deputat əlavə edib.
A.Həsənova vurğulayıb ki, digər bir mühüm məqam ondan ibarətdir ki, pensiya artımları pensiyaçıların hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac qalmadan, elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir:
“Uzun illərdir ki, Azərbaycanın dövlət büdcəsi sosial yönümlüdür. Qlobal böhranlara, pandemiya və digər hadisələrə baxmayaraq, Azərbaycanda heç bir sosial layihə təxirə salınmır, əksinə əhalinin bu hadisələrin təsirindən qorumaq üçün əlavə sosial paketlər həyata keçirilir. 2025-ci ildə də sosial istiqamətdə yönəldilən xərclər artırılıb.
Belə ki, büdcənin 40 faizdən artıq hissəsi sosialyönlü xərclərə yönəldiləcək və 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşımızı əhatə edəcək. Bütün bu tədbirlər vətəndaşlarımızın rifah halının yüksəldilməsinə imkan verəcək”.