EN

Türkiyə Kuboku: "Qalatasaray" səfərdə "Boluspor"a qalib gəldi

Türkiyə Kubokunun II turunda "Boluspor" klubu "Qalatasaray"ı qəbul edib.

Oxu.az xəbər verir ki, "Boluspor"da çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli 11-ci dəqiqədə topu rəqibin qapısına göndərərək komandasını önə çıxarıb. Lakin bu üstünlük uzun sürməyib, çünki "Cimbom"un yeni transferi Alvaro Morata tez bir zamanda bərabərlik qolunu vurub.

Görüş "Boluspor"un 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Bu nəticədən sonra "Qalatasaray" C qrupunda 4 xalla ikinci yerə yüksəlib, qrupa 6 xalla "Konyaspor" başçılıq edir.

Chosen
68
1
sherg.az

2Sources