EN

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

Bu il Polşa ordusunda hərbçilərin sayı 230 minə çatdırılacaq.

Bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

\"Orduda hərbçilərin sayı artırılacaq. İlin sonuna qədər orduda təxminən 230 min əsgər, o cümlədən 150 mindən çox peşəkar hərbçi olmalıdır. Biz hərbi xidmətə və hərbi akademiyalara qəbul prosesini sadələşdiririk\", - nazir qeyd edib.

2025-ci il yanvarın 1-nə olan məlumata görə, Polşa ordusu 144 min peşəkar hərbçi də daxil olmaqla 206 min hərbçidən ibarətdir.
Chosen
12
6
azxeber.com

7Sources