EN

İlk təşəkkürünü Azərbaycana etdi - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə edilən yardımlarla bağlı təşəkkürnaməni Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə Prezidentinin mətbuat xidməti Adıyaman Gənclər və İdman İdarəsində 6 fevral zəlzələsinin iki illiyinə həsr olunmuş mərasimdən görüntülər yayımlayıb.

“İlk xatirəmiz Azərbaycana olsun. Şəxsim və millətim adına çox təşəkkür edirik. Bir olaq, qardaş olaq, bərabər olaq”, - Ərdoğan qeyd edib.

Həmin görüntüləri təqdim edirik:

Chosen
29
8
qafqazinfo.az

10Sources