EN

Niyə yatmazdan əvvəl iştah artır?

Niyə

Gecə qida istəyinin artmasının bir neçə səbəbi var. Ən yaygın olanları bunlardır:Qan şəkərinin balanssızlığı: Gün ərzində nizamlı yemək yeməmək və ya pəhrizdə protein və lif çatışmazlığı olduğu zaman axşam saatlarında aclıq hissi daha da artar.Stress: Nervoz vəziyyətdə olarkən orqanizm korтизol istehsal edir ki, bu da karbonhidratlara olan istəyi artırır.Serotonin və dopamin çatışmazlığı: Orqanizm triqtrofan və tirozin çatışmazlığına məruz qaldığında, beyin şəkər istəyini artırır.Yuxu problemləri: Yuxu çatışmazlığı grelin (aclıq hormonu) səviyyəsini artırır və leptin (toxluq hormonu) səviyyəsini azaldır, bu da gecə qida istəyini gücləndirir.Emosional səbəblər: Bəzən yemək yemək, aclıqdan deyil, yorğunluq, narahatlıq və ya günün sonunda özünü mükafatlandırmaq istəyindən qaynaqlanır.NiyəBu problemlə mübarizə aparmaq üçün gündəlik pəhrizini düzəltmək önəmlidir. Günü protein və liflə başlamaq vacibdir, çünki bunlar uzun müddət tox tutar və qan şəkərinin səviyyəsini sabit saxlayar. Məsələn, yumurta və avokado və ya yunan yoğurtu və qozlar kimi sağlam seçimlər yaxşı olar. Gün ərzində balanslı yemək, protein, yağlar və karbonhidratlar arasında uyğunluq qorumaq vacibdir ki, aclıq dalğaları yaranmasın. Lifli qidalar, tərəvəzlər, meyvələr və kətan toxumu isə şəkər səviyyəsini idarə etməyə kömək edir. 4-5 saatlıq intervallarla nizamlı yemək, gecə aşırı yeməkdən qaçınmağa kömək edər. Magnezium və triptofan qəbul etmək, şəkərə olan istəyi azaldar və əhvalınızı yaxşılaşdırar.Səidə

Diqqət Çəkənlər

İş saatlarında - Dəyişiklik

Kinomuzun unudulmaz ikonası - Hamlet Xanızadə

İstanbul bələdiyyə başqanı 7 il həbs cəzası ilə üzləşə bilər

Chosen
41
ulusum.az

1Sources