EN

Slovakiya Rusiya qazını almağın yolunu tapıb

Fevralın 1-də Rusiyanın enerji şirkəti "Qazprom" Slovakiyanın ən böyük enerji operatoru olan SPP-yə "Türk axını" qaz kəməri ilə qaz tədarük etməyə başlayıb.

 

Oxu24.com xəbər verir  ki, onun sözlərinə görə, “Qazprom” fevralın 1-dən tədarüklərə başlayıb. Ferenc qeyd edib ki, tədarük aprel ayından iki dəfə artacaq. Şirkət rəhbərinin sözlərinə görə, Qazprom Export ilə müqavilə 2034-cü ilə qədər qüvvədədir.

 

Dekabrın ikinci yarısında prezident Vladimir Putin Ukraynanın Avropa istehlakçılarına Rusiya qazının nəqlini dayandırdığını xatırladıb. Eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Kiyev Rusiya qazının tranzitini uzatmaq niyyətində deyil.

 

Tezliklə Slovakiyanın baş naziri Robert Fiko Ukrayna prezidenti Zelenskiyə xəbərdarlıq etdi ki, Kiyev qazın Ukrayna ərazisindən Avropaya tranzitinə icazə verməsə, ciddi münaqişə yarana bilər. Yanvarın sonunda Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova bildirmişdi ki, Ukrayna ərazisindən Rusiyadan karbohidrogen tranzitinin dayandırılması səbəbindən Ukrayna öz ehtiyacları üçün kifayət qədər qaza malik olmayacaq.

 

Nigar

 

Chosen
6
8
oxu24.com

9Sources