EN

Ən zərərli çörək növü açıqlandı - qanda şəkəri artırır

Ən zərərli çörək növü açıqlandı -

Bioloq İrina Lyalina deyib ki, yüksək dərəcəli (premium) undan hazırlanan çörək qanda şəkərin artmasına səbəb ola bilər.

Emlakbazari.az

E-saglam.az bildirir ki, o, NEWS.ru saytına şərhində ən zərərli çörəyin adını çəkib.

Lyalinanın sözlərinə görə, ağ un çörəyində praktiki olaraq heç bir lif, vitamin və mineral yoxdur. "Bundan əlavə, mağazadan alınan çörəyin tərkibində zərərli əlavələr və un əvəzediciləri ola bilər", - deyə o əlavə edib.

"Belə çörək qan şəkərinin artmasına və çəki artımına səbəb ola bilər. Buğda çörəyinin tərkibindəki qlüten çölyak xəstəliyindən əziyyət çəkən insanlar üçün zərərlidir. Bəzi insanlar üçün ağ çörək daimi şişkinlik və bağırsaq narahatlığına səbəb ola bilər", deyə bioloq bildirdi.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Chosen
67
3
e-saglam.az

4Sources