EN

Zelenski TƏSLİM OLACAQ – Aprelin 20-də atəşkəs BAŞ TUTACAQ – FOTO

Trampın sülh planı mediaya sızıb.

İnterpress.az xəbər verir ki, Trampın Ukrayna sülh planı mediaya “sızıb”. Putinlə danışıqlar, Pasxa bayramına qədər atəşkəs və Zelenskinin NATO arzusuna son və s.

Tramp Zelenskini aprelin 20-dək təslim olmağa inandıracaq.

“Atəşkəs aprelin 20-də baş tutacaq və bu, Rusiyanın amansız irəliləyişini dayandıracaq.

Ukrayna qoşunları da avqustda əks-hücumun başladığı Rusiyanın Kursk vilayətini tərk etməyə məcbur olacaq.

Bildirilir ki, Ukraynanın NATO-ya üzvlüyü qadağan olunacaq və Rusiyanın suverenliyini tanıması tələb olunacaq.

Bu planların həyata keçirilməsinə fevralın əvvəlində Putin və Zelenski arasında telefon danışığı, martın əvvəlində onların görüşü və daha sonra aprelin 20-dək atəşkəslə bağlı rəsmi bəyanat daxil olacaq.

Daha sonra mayın 9-dək müharibənin başa çatması üçün razılaşdırılmış parametrlər haqqında bəyannamə açıqlanacaq. Bundan sonra Kiyevdən hərbi vəziyyəti uzatmamaq və qoşunları səfərbər etməmək istəniləcək”, – mediaya sızan məlumatda deyilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
25
1
interpress.az

2Sources