Lənkəranda ötən gündən etibarən yağan güclü yağış bir sıra fəsadlara yol açıb, şəhər mərkəzi ilə yanaşı, əksər kəndləri su basıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yağış nəticəsində köhnə Ələt-Astara yolu da suyun altında qalıb.
Bu isə həmin istiqamətdə hərəkət edən avtomobillərə çətinlik yaradıb.
Həmin anı görüntüləri sosial şəbəkələrdə yayılıb.