EN

Abşeron-Xızı Təhsil İdarəsində yoxlama: Son 5 ildə nələr baş verib? – FOTO

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Regional maliyyə müfəttişliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrində maliyyə təsərrüfatının yoxlamasını həyata keçirilir.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, hazırda yoxlama çərçivəsində adı çəkilən regiondakı uşaq bağçaları və məktəblərdə son 5 il üzrə tarifləşmə, inventarların mövcudluğu və silinməsi, ərzaq təminatı, qida qalıqlarının hesablanması, əvəzçilik, xəstəllik bülletenlərinin uçotu, dərs bölgüsü və müəssisələrdə işçilərin, təhsiverənlərin və təhsilalanların davamiyyətinin yoxlanılması həyata keçirilir.
Bakupost.azOrxan Şirəliyev
 
Qeyd edək ki ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin maliyyə sektoruna Orxan Şirəliyev rəhbərlik edir. O, eyni zamanda Regional İdarə müdirinin müavini vəzifəsini icra edir.
Bakupost.azAydın Rəhimov
 
Bu sahə üzrə Abşeron-Xızı Regional Təhsil İdarəsində digər səlahiyyətli şəxs mediada qanunsuz işlərdə adı hallanan müdir müavini Aydın Rəhimovdur.
Chosen
6
1
editor.az

2Sources