EN

Oğul anasına xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıt şəhərində Məsud şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Nərminə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində baş verib. Məsud yerləşən fərdi yaşayış evində ailə-məişət münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı anası Nərminin boyun nahiyyəsinin və digər nahiyyələrinə xəsarətlər yetirib. 

Hadisəni törədən Məsudun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məsud ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, saat 23 radələrində içkili vəziyyətdə yaşadıqları Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən fərdi yaşayış evinə gəlib: “Anam Nərmin ilə aramızda mübahisə yarandı. Əsəbləşərək əl zərbələri ilə anamı vurdum”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nərminin sözlərinə görə, məlum hadisə günü, saat 23 radələrində oğlu Məsud içkili vəziyyətdə yaşadıqları Sumqayıt şəhəri,  76-cı məhəllə ərazisində yerləşən fərdi yaşayış evinə gəlib və onunla aralarında yaranmış mübahisə zamanı Məsud əl zərbələri ilə onun başının sol yan hissəsindən, sağ qolundan və boğazından tutaraq sıxaraq xəsarət yetirib. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məsud 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona  xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli
Demokrat.az
Chosen
31
demokrat.az

1Sources