EN

“Bir qismi xaricə qaçıb, digəri burda ağlayır ki” – İlqar Məmmədovdan sərt ittihamlar

“2018-ci il. Həbsdən təzə çıxmışam. Deyirəm, gəlin hamılıqla seçkiyə hazırlaşaq, cəmi 2 il qalıb. Məlum dəstə bağırır: "Yox e, seçki nədir, biz hakimiyyətə meydanlardan gələcəyik!" Üstəgəl, mənə hələ hər cür damğa da vururlar, atmaca sözlər-filan. Nəticəsi: guya meydanlardan hakimiyyətə gələcək o dəstənin bir qismi xaricə qaçıb, digəri burda ağlayır ki, ay ana, internetə qoşula bilmirəm”.

“AzPolitika” xəbər verir ki, bu barədə ReAL partiyasının keçmiş rəhbəri İlqar Məmmədov “facebook” səhfəsinə yazıb.

O, bununla seçkiləri boykot edən partiyaları hədəfə alıb. İ.Məmmədov daha sonra yazıb: “2025-ci il. Partiyamıza parlament və bələdiyyə təmsilçiliyi qazandırandan sonra deyirəm bu yetərli deyil, hamı 2028 seçkisinə hazırlaşsın, azadlıq və insan haqları sahəsini genişləndirək. Eyni dəstə yenə hırıldayır, guya qeyri-seçki yolu yürüyəndirlər. Həmin o qeyri-seçki yolu haqqında nə niyyətinin olmasına dair ciddi bir sual soruşasan, hərəsi gizlənməyə bir deşik axtaracaq”.

“AzPolitika.info”

Chosen
26
1
azpolitika.info

2Sources