EN

Şəkidəki qəzanın TƏFƏRRÜATLARI

Şəkidə axşam saatlarında baş verən qəzanın ilkin təfərrüatları məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, havanın çiskinli-dumanlı olması və sərt döngədə nəqliyyat vasitəsinin sürətinin yüksək olması qəza ilə nəticələnib.

Belə ki, 58 yaşlı Zaqatala rayon sakini Ramiz Hacıyevin idarə etdiyi "Nissan" markalı avtomobilin idarəetməni itirməsi nəticəsində minik maşını yoldan çıxaraq dərəyə aşıb.
 

Bu zaman avtomobildəki sərnişin, 27 yaşlı Zaqatala rayon sakini Aydan Mahamatebinova müxtəlif dərəcəli bədən xəsaərtləri alıb.


Hadisə yerinə cəlb edilən Təcili Tibbi yardım briqadasının köməyi ilə qadın Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Qəzanın təfərrüatları araşdırılır.

Tural Rasimoğlu, Bizim.Media, şimal-Qərb bürosu

Chosen
20
bizim.media

1Sources