Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.
Yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Nərgiz Yusif qızı İsgəndərovanı "Mercedes" markalı avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"