EN

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

BMT ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanması ilə bağlı qərarına münasibət açıqlayıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq təmsil etdiyi qurumun ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiq olduğunu qeyd edib.

Sözçü bildirib ki, BMT ABŞ hökumətinin xarici yardımların maliyyələşdirilməsini dayandırmaq qərarından xəbərdardır: “Biz üzv dövlətlərimizdə bütün qanuni göstərişlərə əməl edirik. USAID üzv dövlətlərdə müxtəlif hökumətlərlə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir”.

Qeyd edək ki, USAID-in rəsmi səhifəsi hazırda fəaliyyət göstərmir. Tramp administrasiyası USAID-in müstəqil statusunun ləğv edilməsi və onun Dövlət Departamentinin strukturuna inteqrasiyasının mümkünlüyünü nəzərdən keçirir. ABŞ-nin Dövlət katibi Marko Rubio USAID-in direktor vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

USAID-in rəhbəri Samanta Pauer "X"də Ermənistana dəstək mesajları ilə tanınır. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, rəsmi Bakı USAID-in fəaliyyəti üçün hüquqi əsas olmadığı və işini dayandırması barədə ABŞ-yə bildiriş göndərib.

Chosen
30
4
report.az

5Sources