EN

"Səbail"in məşqçisi: "Komandada oyundan-oyuna inkişaf var"

"Komandanı apardığı mübarizəyə görə təbrik edirəm. "Qarabağ" həm Azərbaycan çempionatında, həm Avropada öz sözünü demiş komandadır"

İdman.biz xəbər verir ki, bunu "Səbail"in məşqçisi Elvin Məmmədov Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunundan keçirilən mətbuat konfransında deyib.

O, "Qarabağ"a 0:1 hesablı məğlubiyyəti şərh edib: "Yaxşı oyun oldu. Bu matçı unutmalıyıq. 4 gündən sonra çempionatda "Qarabağ"la oyunumuz var. Həmin qarşılaşmaya hazırlaşacağıq. Qış fasiləsindən sonra komandada oyundan-oyuna inkişaf var. Bilirik ki, çatışmayan cəhətlər var. Çempionatda daha da yaxşı nəticələr əldə etmək istəyirik. Bu gün "Qarabağ"a qarşı layiqli mübarizə apardıq".

İdman.biz

Chosen
26
6
idman.biz

7Sources