Tramp deyib: "Hərbi əməliyyatlar başa çatandan sonra İsrail Qəzzanı Amerikaya verəcək"...
Baxırsız? Onların heç birinə aid olmayan torpaqlarla "ata malı" kimi davranırlar. Qəzza nə İsrailin, nə də Amerikanındır. Qəzza hələ tanınmamış Fələstin dövlətinin bir hissəsidir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
BMT-nin 1947-ci il qətnaməsinə görə, qədim romalıların Fələstin adı verdikləri bu torpaqların 59 faizi İsrailə, 41 faizi Fələstin dövlətinə verilmişdi. Qəzza bu 41 faiz deyilən ərazinin bir hissəsidir. Uzunluğu 41, eni 20 kilometr olan ərazidir. 1948-ci ilin İsrail-Ərəb müharibəsində onu Misir ələ keçirdi, 1967-ci ilin 6 günlük müharibəsində İsrailin əlinə keçdi. İsrail 2005-ci ilədək Qəzzanı əlində saxladı. Bu, Qəzza üzərində İsrailin ilk işğal dövrü sayılır. 2006-cı ildə HƏMAS Qəzzada parlament seçkilərini udaraq guya Fələstindən ayrıldı. 2023-2024-cü illər arasında isə Qəzza İsrail tərəfindən düzləndi.
Tam aydındır ki, 38 illik (1967- 2005) ilk işğal dövründən sonra ərazidən çıxmağa məcbur edilmiş İsrail bu dəfə ərazini həmişəlik əldə saxlamaq üçün indi dünyanın "baş gücü" sayılan ABŞ-a təhvil vermək istəyir. ABŞ-ın əlinə keçəndən sonra Qəzzanı daha kim geri ala bilər ki?!...
Ancaq İsrail ərazini ABŞ-a peşkəş edə biləcəkmi...
Tahir TAĞIYEV