EN

Gürcüstanda vəzifəli şəxsləri təhqir edənlər cəzalandırılacaq

Gürcüstanda dövlət vəzifəli şəxsi, siyasi xadimi, dövlət qulluqçusunu şifahi təhqir edənlərə qarşı sərt cəzalar tətbiq olunacaq.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, ölkə parlamenti İnzibati Xətalar Məcəlləsinə düzəlişləri üçüncü oxunuşda qəbul edib.

Düzəlişlərə əsasən, bu cür hərəkətlər üçün 1500 laridən 4000 lariyədək cərimə və yaxud 45 günədək həbs nəzərdə tutulacaq.

Belə qanun pozuntusuna təkrar yol vermiş şəxslər üçün cərimənin məbləği 2500 laridən 6000 lariyədək, həbs müddəti isə 5 gündən 60 günədək təşkil edəcək.

Hüquq-mühafizə orqanları əməkdaşları, hərbçilər, ədliyyə işçilərinə qarşı xidməti vəzifələrinin icrası zamanı və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar şifahi təhqir, söyüş və yaxud digər təhqiramiz hərəkətlərə yol verənlər 2000 laridən 5000 lariyədək cərimələnəcək və yaxud 60 günlük həbs cəzası alacaqlar.

Qanuna düzəlişlər prezidentin imzasından sonra qüvvəyə minəcək.
Chosen
52
sherg.az

1Sources