EN

ABŞ meteoroloqları beynəlxalq əməkdaşlığı dayandıracaq

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) bir neçə əməkdaşına beynəlxalq əməkdaşlığı dayandırmaq əmri verilib.

HİT.az bu barədə "Wired" jurnalına istinadən xəbər verir. 

Nəşrin məlumatına görə, bir sıra federal işçilərə xarici vətəndaşlarla, o cümlədən birbaşa Amerika hökuməti ilə işləyənlərlə beynəlxalq əməkdaşlığı dayandırmaq əmri verilib.

Milli Dəniz Balıqçılıq Xidmətinin əməkdaşları da müvafiq əmr alıblar. Onlar beynəlxalq əməkdaşlığı, o cümlədən komissiyalarda iştirakını və xarici həmkarları ilə yazışmaları dayandırmalı, həmçinin beynəlxalq tərəfdaşlarla aparılan işlər barədə məlumatları öz rəhbərlərinə, o cümlədən Ticarət Nazirliyinə ötürməlidirlər.

Samir

Chosen
23
26
hit.az

10Sources