EN

Azərbaycanda uşaqlar üçün YENİ QADAĞA – Bundan sonra…

Avropanın bəzi ölkələri, eləcə də Türkiyə hökuməti 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi planlaşdırır. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu məsələyə toxunaraq, sosial şəbəkələrdə uşaqlar üçün faydalı heç bir şey olmadığını qeyd edib.

Azərbaycanda da belə qanun tətbiq oluna bilərmi?

Ümumiyyətlə, 16 yaşdan aşağı olan uşaqlara sosial şəbəkələrə giriş qadağan olunsa belə, necə bilmək olar ki, həmin uşaqlar bu platformalardan istifadə etmir?

Globalinfo.az-a danışan İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovun sözlərinə görə, uşaqların sosial şəbəkələrə girişinin qadağan edilməsi əvvəla onların onlayn təhlükəsizliyini təmin etmək və inkişafına mənfi təsirləri minimuma endirmək məqsədi daşıyır.

Mütəxəssis düşünür ki, nəzəri baxımdan Azərbaycanda da belə bir qanunun tətbiqi mümkündür:

“Lakin bu qadağa bir sıra texnoloji və hüquqi problemləri də özü ilə gətirə bilər. Belə qadağanın tətbiqi üçün ilk növbədə sosial şəbəkələrdə istifadəçi yaşının doğrulanması prosesi təkmilləşdirilməlidir. Hazırda bir çox platformalar qeydiyyat zamanı istifadəçidən yaş məlumatını tələb edir, ancaq bu asanlıqla saxtalaşdırıla bilər. Uşaqlar yanlış yaş məlumatı daxil edərək platformalarda sərbəst fəaliyyət göstərə bilirlər. Belə halların qarşısını almaq üçün texnoloji həllərə ehtiyac var. Məsələn, qeydiyyat zamanı şəxsiyyət vəsiqəsi və ya digər rəsmi sənədlərin yüklənməsi tələb oluna bilər. Digər bir texnoloji həll yolu biometrik identifikasiya sistemlərinin tətbiqidir. Üz tanıma texnologiyası və ya digər biometrik metodlarla istifadəçilərin yaşını təyin etmək mümkündür. Lakin bu yanaşma məxfilik hüquqları və şəxsi məlumatların qorunması baxımından bir sıra problemlər yarada bilər”.

Azərbaycanda uşaqlar üçün YENİ QADAĞA - <span style=color:red>Bundan sonra...

Elvin Həsənov

E.Həsənov deyib ki, qeyd etdiyi məlumatların toplanması və saxlanılması istifadəçilərin razılığı olmadan həyata keçirilərsə, hüquqi mübahisələrə səbəb ola bilər:

“Reallıqda isə bu cür qadağaların texnoloji məhdudiyyətlərlə tam effektiv tətbiqi çətin görünür. VPN (Virtual Private Network) və proksi serverlər kimi texnologiyalar vasitəsilə uşaqlar bu məhdudiyyətləri asanlıqla aşaraq sosial şəbəkələrə daxil ola bilərlər. Həmçinin onların valideynlərinin və ya yuxarı yaş böyüklərin hesablarından istifadə edərək də bu platformalara çıxış əldə etmələri mümkündür. Bu səbəbdən yalnız texnoloji məhdudiyyətlərə güvənmək kifayət etmir”.

Elvin Həsənovun fikrincə, Azərbaycanda belə bir qanunun tətbiqi üçün yalnız texniki vasitələrlə deyil, həm də maarifləndirmə və valideyn nəzarətinə də ehtiyac var:

“Valideynlər üçün xüsusi rəqəmsal nəzarət proqramları və təhlükəsiz internet rejimləri vasitəsilə uşaqların onlayn fəaliyyətləri izlənilə bilər. Biz hər nə qədər məhdudlaşmadan danışsaq da, əsas diqqət uşaqların maarifləndirilməsi və təhlükəsiz internet vərdişlərinin aşılanmasına yönəldilməlidir”.

Chosen
39
1
medianews.az

2Sources