EN

“Politico” demokratların xeyrinə yazılara görə USAID-dən 8 milyon alıb - Tramp

“Politico” qəzeti ABŞ-nin Demokratlar partiyasının xeyrinə məqalələrin dərc olunmasına görə USAID-dən 8 milyon dollar alıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, belə bir iddianı ABŞ prezidenti Donald Tramp səsləndirib.

“Görünən odur ki, USAID və başqa agentliklərdə milyardlarla dollar talan olunub və bu vəsaitlərin çoxu demokratlar barədə gözəl hekayələrin yazılması üçün “feyk” KİV-lərin “satın alınmasına” sərf olunub. “Politico” adı altında tanınan solçu qəzet, səhv etmirəmsə 8 milyon dollar alıb”, - Tramp qeyd edib.

Chosen
5
1
aznews.az

2Sources