"Genk"in futbolçusu Karlos Kuestanın "Qalatasaray"a keçidi rəsmiləşib.
90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi kolumbiyalı müdafiəçi ilə 3,5 illik müqavilə imzalayıb.
"Qalatasaray" bu keçid üçün Belçika klubuna 8 milyon avro ödəyib.
Kuesta "Qalatasaray"ın Ahmet Kutucu, Alvaro Morata və Mario Leminadan sonra 4-cü transferidir.