EN

“Liverpul” Liqa Kubokunda finala darmadağınla yüksəldi

Bu gün futbol üzrə İngiltərə Liqa Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə yarımfinalın bir cavab görüşü baş tutub.

“Liverpul” doğma meydanda “Tottenhem”lə qarşılaşıb. Meydan sahibləri 4 cavabsız qol sayəsində finala yüksəliblər. Halbuki, bu komandalar arasındakı ilk oyunda “Tottenhem” qalib gəlmişdi.

Xatırladaq ki, daha öncə “Nyukasl” “Arsenal”la oyunlarda qazandığı iki inamlı qələbə sayəsində həlledici oyunda iştirak hüququ əldə etmişdi.

İngiltərə Liqa Kubokunda cari mövsümün qalibi martın 16-da keçiriləcək final qarşılaşmasında müəyyənləşəcək.

İngiltərə Liqa Kuboku
Yarımfinalın cavab oyunları
5 fevral

Nyukasl – Arsenal 2:0 (ilk oyun 2:0)
Qollar: Mörfi, 19. Qordon, 52.

6 fevral

Liverpul – Tottenhem 4:0 (ilk oyun 0:1)
Qollar: Qakpo, 34. Salah, 51-pen. Soboslai, 75. Van Deyk, 80.

Chosen
155
arena.az

1Sources