EN

Süni intellekt xərçəng diaqanozunu illər əvvəl müəyyən edə bilir

Norveç Xalq Sağlamlığı İnstitutu (FHI) açıqlayıb ki, süni intellekt süd vəzi xərçənginə tutulma riski yüksək olan qadınları diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən edə bilər.

FHI, Kaliforniya Universiteti və Vaşinqton Universitetindən olan beş tədqiqatçıya 2004-2018-ci illər arasında Norveç aşkarlama proqramında iştirak etmiş 116495 qadının mammoqrafiyasını retroaktiv təhlil etmək üçün kommersiya baxımından əldə edilə bilən süni intellekt proqramına giriş imkanı verildi.

Ümumilikdə qadınların 1607-sinin süd vəzi xərçənginə tutulması faktı üzə çıxdı.

Alqoritm hansı qadınların süd vəzi xərçənginə tutulma riskinin daha yüksək olduğunu təxmin edə bildi və hətta diaqnozdan 4-6 il əvvəl hansı qadınların risk altında olduğunu müəyyən edə bildi.

"Biz qeydə aldıq ki, xərçəng inkişaf etdirən süd vəzi digərindən iki dəfə yüksək süni intellekt balına malik idi", -deyə Aşkarlama proqramına və Sİ layihəsinə rəhbərlik edən Solveiq Hofvind bildirib.

"Tədqiqat göstərir ki, artıq bazarda mövcud olan süni intellekt alqoritmləri daha çox fərdiləşdirilmiş aşkarlama proqramları hazırlamaq üçün lazım olacaq", -deyə o əlavə edib.

FHI hesab edir ki, süni intellekt məmə xərçənginin erkən aşkarlanması üçün xərcləri azaltmaq və risk altında olan insanları daha yaxşı hədəfləmək üçün istifadə edilə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2022-ci ildə 670 min qadın süd vəzi xərçəngindən dünyasını dəyişib ki, bu da əksər ölkələrdə qadınlar arasında ən çox yayılmış xərçəng növüdür.

Tədqiqat nəticələri nüfuzlu tibb jurnallarının toplusunu redaktə edən “Amerikan Tibb Assosasiyası Şəbəkəsi” jurnalında dərc olunub.

Xatırladaq ki, Norveçin Aşkarlama proqramı keçən il süni intellektin xərçəng hallarının diaqnostikasında radioloqlar qədər effektiv və ya ondan daha yaxşı olub-olmadığını müəyyən etmək üçün 140 min qadının iştirak etdiyi layihəyə start verib.

Nubar Süleymanova, “İki sahil”

Chosen
42
ikisahil.az

1Sources