EN

Tramp 10 min USAID əməkdaşının yalnız 294-nü işdə saxlamaq istəyir

Donald Trampın rəhbərlik etdiyi yeni Amerika administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) işçilərini 30 dəfədən çox ixtisar etməyi planlaşdırır - dünya üzrə indiki 10 min nəfərdən 294-ə qədər.

APA xəbər verir ki, bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.

Agentlik adı açıqlanmayan dörd şəxsə istinad edərək bildirib ki, USAID-in bəzi əməkdaşları artıq işdən çıxarıldıqları barədə bildirişlər alıblar.

Chosen
72
3
apa.az

5Sources