EN

Küveyt HHQ-nin infrastrukturunu 1 milyard dollara gücləndirəcək

ABŞ Dövlət Departamenti Küveytə əmirliyin donanması üçün infrastruktur tikintisi xidmətlərinin 1 milyard dollar dəyərində satışını təsdiqləyib.

“Far.Az” xəbər verir ki, bu barədə Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Layihə Məhəmməd Əl-Əhməd Küveyt Hərbi Dəniz Bazasında qərargahın, eləcə də quru və dəniz infrastrukturunun, Ras əl-Ardda oxşar obyektin layihələndirilməsini və tikintisini nəzərdə tutur.

Agentlik əlavə edib ki, bu, regionda hərbi balansı dəyişməyəcək.

Vurğulanıb ki, təklif olunan satış ABŞ-nin Yaxın Şərqdə NTO üzvü olmayan əsas müttəfiqinin infrastrukturunun yaxşılaşdırılmasına kömək edəcək.

Chosen
82
1
far.az

10Sources