Bakı. Trend:
Pakistan təhlükəsizlik qüvvələrinin Şimali Vəziristan əyalətindəhəyata keçirdiyi növbəti əməliyyat zamanı ən azı 12 terrorçu məhvedilib.
Trend xəbər verir ki, bubarədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, fevralın 5-6-da həyata keçirilən antiterrorəməliyyatlarında 12 yaraqlı öldürülüb, Pakistan tərəfindən isə birəsgər şəhid olub.