EN

Pakistan Təhlükəsizlik Qüvvələri 12 terrorçunu zərərsizləşdirib

“Fevralın 5-6-da təhlükəsizlik qüvvələri Şimali Vəziristan əyalətinin Həsən Xel bölgəsində xvariclərin (terrorçuların) olması barədə məlumat əsasında kəşfiyyata əsaslanan əməliyyat keçirib”.

İki sahil”in “The News”a istinadən verdiyi məlumatına görə, bu barədə Xidmətlərarası İctimai Əlaqələr (ISPR) məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı 12 xvaric zərərsizləşdirilib.

Atışma zamanı Hanqu rayon sakini, 34 yaşlı Lance Naik Məhəmməd İbrahim cəsarətlə döyüşüb və şəhid olub: “Təhlükəsizlik qüvvələrinə qarşı çoxsaylı terror fəaliyyətlərində və günahsız mülki əhalinin qətlə yetirilməsində fəal iştirak edən öldürülən xvariclərdən silah və sursat götürülüb”.

“Pakistanın təhlükəsizlik qüvvələri terror təhlükəsini ölkədən silmək əzmindədir və igid əsgərlərimizin bu cür fədakarlığı bizim qətiyyətimizi daha da gücləndirir”, - deyə bildirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
17
ikisahil.az

1Sources