EN

ABŞ rusiyalı iş adamlarının aktivlərini axtaran qrupu ləğv edib

ABŞ Ədliyyə Nazirliyi sanksiyalara məruz qalan rusiyalı iş adamlarının aktivlərini axtaran qrupun (KleptoCapture) işini dayandıracaq...

Poliqon xəbər verir ki, bu barədə “The Guardian” nəşri baş prokuror Pem Bondinin memorandumuna istinadən məlumat yayıb.

Sənədə əsasən, qrupun səyləri “diqqətin və maliyyənin narkotik kartelləri və beynəlxalq dəstələrlə mübarizəyə yönəldilməsinin bir hissəsi kimi” dayandırılacaq.

“Bu siyasət düşüncə və yanaşmada əsaslı dəyişiklik tələb edir”, deyə xanım Bondi bildirib. Baş prokuror əlavə edib ki, sanksiyaların tətbiqi və iş adamlarının aktivlərinin ələ keçirilməsi üçün istifadə olunan resurslar kartellərlə mübarizəyə yönəldiləcək.

“KleptoCapture” qrupu 2022-ci ilin martında ABŞ Ədliyyə Departamentinin bir bölməsi kimi yaradılıb, onun vəzifəsi Rusiya iş adamlarının qanunsuz yolla əldə etdiyi iddia edilən əmlaklarını müəyyən edib dondurmaqdan ibarət olub. Qrupa Endryu Adams rəhbərlik edirdi.

2023-cü ilin aprelində Endryu ABŞ Ədliyyə Departamentinin Rusiyaya qarşı sanksiyaların tətbiqini gücləndirdiyini, diqqəti xarici investisiya məsləhətçiləri, hedcinq fondları, hüquq firmaları və yoxlamadan yayınan özəl kapital menecerlərinə yönəltdiyini söyləmişdi. Həmin ilin iyulunda ABŞ səlahiyyətliləri 2022-ci ilin fevralından bu yana ölkədə Rusiyaya aid 500 milyon dollarlıq aktivin müsadirə edildiyini açıqlamışdı.

Poliqon.info

Chosen
12
poliqon.info

1Sources