EN

Gürcüstan xarici agentlər haqqında qanuna dəyişiklik edəcək

Gürcüstanın hakim partiyası olan “Gürcü arzusu” ABŞ-ın Xarici Agentlər Aktında islahat təşəbbüsü ilə çıxış edir.

Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.

“Bir çoxlarının şəffaflıq qanunu ilə bağlı qeyri-müəyyən mühit yaratmağa çalışdığını görmüsünüz? Ona görə də deyirik ki, ABŞ ABŞ-dır, onların strukturu, qanunvericiliyi və sisteminin demokratik standartlara cavab verdiyinə heç kim şübhə etmir”, – o qeyd edib.

O qeyd edib ki, qanun layihəsi yaxın iki ay ərzində qüvvəyə minəcək. Siyasətçi qanunun yenilənmiş variantı ilə bağlı şikayəti olan hər kəsi ABŞ-ın Gürcüstandakı səfirliyi və ya ABŞ prezidenti Donald Trampın administrasiyası ilə əlaqə saxlamağa çağırıb.

Chosen
45
veteninfo.az

1Sources